Əsas məzmuna keç

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır - 12.11.2025

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır - 12.11.2025

bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.   Qüvvədə olan qanuna...

Ehtiyatdan müddətli hərbi xidmətə və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədədr.

Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…