"Tottenhem"in 28 yaşlı danimarkalı yarımmüdafiəçisi Pyer-Emil Hojbyerq karyerasını İtaliya çempionatında davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, danimarkalının xidmətində "Yuventus" maraqlıdır.
İtaliya klubu onu Pol Poqba ilə əvəzləyəcək.