Yunanıstanda 3 gündür davam edən meşə yanğınları nəzarət altına alına bilmir.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt Afina yaxınlığındakı Lutraki və Meqara bölgələrində küləyin təsiri ilə yayılan yanğınlar, azı 50 min hektar meşə və əkinçilik sahəsi ilə yanaşı, çox sayda ev və nəqliyyat vasitəsi də yararsız hala düşüb.
Digər tərəfdən, Avropa İttifaqının (Aİ) meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərməyə qərar verdiyi bildirilib.
İqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin saxlanıldığını açıqlayıb.