Operativ Məlumat Mərkəzi

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək

3 dəq
Paylaş:
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin Evində Yüksəliş” adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanında – İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə təşkil ediləcək görüşlərdə iştirak edəcək.

Görüşlər zamanı azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu, eləcə də bu dəyərlərin idarəetmənin müxtəlif sahələrində tətbiqi ilə bağlı müzakirələr aparılacaq.

Silsilə görüşlərin əsas məqsədlərindən biri İlham Əliyevin çıxışlarında xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu çərçivədə ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli ideologiyanın və məsuliyyətin daşıyıcısı olması məsələləri diqqət mərkəzində saxlanılacaq.

Tədbirlərdə “Ədibin Evi”nin ekspertləri qonaq natiq qismində çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik və idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlil olunacaq.

Qeyd edək ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının, tarixinin və mədəni irsinin tədqiqi və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gənc nəslin intellektual inkişafına, oxu mədəniyyətinin gücləndirilməsinə və Vətənə sevginin aşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsinə xüsusi önəm verir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Qaliblər mentorlar tərəfindən hazırlanmış birillik fərdi inkişaf planı və 20 məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci ildə imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax