Əsas məzmuna keç

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, inventarlaşma işləri zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin elektron xəritələri hazırlanıb, fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb və digər mənbələr nəzərdən keçirilib.

İndiyədək işğaldan azad olunmuş ərazilərdə yerləşən 575 tarix-mədəniyyət abidəsinin inventarlaşma işləri başa çatdırılıb. Eyni zamanda, 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektin inventarlaşması həyata keçirilib və yeni aşkar edilmiş kimi qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə həmin yeni aşkar edilmiş abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Bununla da və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb.

Dövlət mühafizəsində olan 749 tarixi abidədən 130-da inventarlaşma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti minalarla çirkləndirilən təhlükəli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir.

30 ilə yaxın davam edən işğal müddəti tarixi abidələrin dağıdılmasına, vandalizmə uğramasına gətirib çıxarıb. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə böyük həcmdə və miqyasda dağıntıya məruz qalıb, digərlərinə isə müxtəlif dərəcədə ziyan vurulub.

Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanıb. Ümumilikdə dəymiş zərər 700 milyon 154 təşkil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…