"Mançester Yunayted"in müdafiəçisi Leni Yoro ayağından zədə aldığı üçün əməliyyat olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat uğurlu keçib.
Futbolçu 3 ay sonra yaşıl meydanlara qayıdacaq.
Xatırladaq ki, oyunçu Los-Ancelesdə "Arsenal"a qarşı yoldaşlıq oyunu zamanı zədələnib.