Əsas məzmuna keç

Yollarda hərəkət niyə məhdudlaşdı? DYP-dən mühüm açıqlama

Yollarda hərəkət niyə məhdudlaşdı? DYP-dən mühüm açıqlama

DYP-dən sürücülərə mühüm xəbərdarlıq! Magistralda devrilən bitki nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Tıxacda qalmamaq üçün alternativ yolları dərhal öyrənin.

en ru

Gecə saatlarında Hacıqabul–Horadiz yolunun 92-ci kilometrliyində müşahidə olunan kəskin yağışlı və küləkli nəticəsində ağac yolun hərəkət hissəsinə aşaraq vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, həmin vaxt ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən hadisə dərhal nəzarətə götürülüb.

iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə operativ tədbirlər görülüb, sürücülərə xəbərdarlıq olunub, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təşkil edilib.

"Əməkdaşların çevik müdaxiləsi nəticəsində yol sahəsində mümkün qəza risklərinin qarşısı alınıb, hərəkətin təhlükəsiz təşkili təmin olunub. Daha sonra əraziyə ağır texnikalar cəlb edilərək yolun hərəkət hissəsinə aşmış ağaclar kənarlaşdırılıb, yol tam şəkildə təmizlənib və nəqliyyatın normal hərəkəti bərpa olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, qeyri-sabit və yağıntılı hava şəraitində daha diqqətli olmaq, sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq və yol hərəkəti qaydalarına ciddi əməl etmək həyati əhəmiyyət daşıyır", - məlumatda bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…