Əsas məzmuna keç

Yevlaxda keçmiş məhkum 5 kq narkotiklə saxlanılıb

Yevlaxda keçmiş məhkum 5 kq narkotiklə saxlanılıb

DİN əməkdaşları Savalan Quliyevi külli miqdarda marixuana, metamfetamin və metadonla yaxalayıb. Yevlaxda dövriyyədən çıxarılan maddələrin şok həcmi açıqlandı.

en ru

Yevlax Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər olunmuş Quliyev saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxsdən satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktla bağlı başlanılıb, S.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən ümumilikdə 20 kiloqram qanunsuz dövriyyədən çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…