Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnə bilər

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnə bilər
28.06.2024 12:22
Aa
dəq

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, Məcəlləyə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.

Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Həftənin ən çox oxunanları

Naxçıvan Ali Məclisi buraxılıb

Naxçıvan Ali Məclisi buraxılıb
DAVAMIN OXU davamın oxu

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib
DAVAMIN OXU davamın oxu

VI çağırış Milli Məclis işini yekunlaşdırıb

VI çağırış Milli Məclis işini yekunlaşdırıb
DAVAMIN OXU davamın oxu

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
DAVAMIN OXU davamın oxu

Şəhid ailələrinin hüquqlarının artırılmasına dair qanun qəbul edilib

Şəhid ailələrinin hüquqlarının artırılmasına dair qanun qəbul edilib
DAVAMIN OXU davamın oxu