Operativ Məlumat Mərkəzi

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Avropa çempionu olub

2 dəq
Paylaş:
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib. Çempionluq uğrunda dueldə...

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.

Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib.

Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian Mivovan 60 kq çəki dərəcəsində Məhəmməd Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.

Final

Qadınlar

48 kq. Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə

63 kq. Fidan Qasımova - Emmi Qalludek: İpponla məğlubiyyət

63 kq. Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət

Kişilər

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə

81 kq. Aslan Kotsoyev - Desir Zoba Kasi: İpponla qələbə

81 kq. Ramazan Əhmədov – Mateo Akiana Monqo - İpponla məğlubiyyət

Qızıl xal

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə

Report

Bu xəbəri paylaş

Oxşar xəbərlər