Əsas məzmuna keç

Yeni Zelandiya Fələstin dövlətini tanıya bilər

Yeni Zelandiya Fələstin dövlətini tanıya bilər

Yeni Zelandiya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirir. Bunu ölkənin xarici işlər naziri Uinston Piters deyib. "Baş nazir Kristofer...

Yeni Zelandiya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu ölkənin naziri Uinston Piters deyib.

" Lyuksonun kabineti sentyabrda rəsmi qərar qəbul edəcək və Liderlər Həftəsində hökumətin mövqeyini təqdim edəcək" - o bildirib.

Piters qeyd edib ki, ölkənin bəzi yaxın tərəfdaşları Fələstin dövlətini tanımaq qərarına gəlsələr də, Vellinqton müstəqil xarici siyasət həyata keçirir.

"Biz bu məsələni diqqətlə ölçüb-biçdikdən sonra Yeni Zelandiyanın prinsipləri, dəyərləri və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - nazir vurğulayıb.

Son həftələrdə bir sıra ölkələr, o cümlədən Avstraliya, Böyük Britaniya və Kanada BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək iclasında Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…