Əsas məzmuna keç

"Yeni Klinika" mətbuat katibi təyin olunub

"Yeni Klinika" mətbuat katibi təyin olunub

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"ya (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin...

"Yeni Klinika" mətbuat katibi təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"ya (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova təyin edilib.

N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Daha öncə Rəqəmsal İnkişaf və Nazirliyinin Dövlət Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb. Nuridə Allahyarova Space telekanalında " vaxtı" verlişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verlişinin aparıcısı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…