Əsas məzmuna keç

Yeni Kaledoniyada etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb

Yeni Kaledoniyada etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb

Yeni Kaledoniyanın paytaxtı şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti aksiyası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb.

İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.

Aksiyada Yeni Kaledoniyanın birinci şəxsi – Luis Mapu iştirak və etirazçılar qarşısında çıxış edib.

İştirakçılar da daxil olmaqla 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.

Azərbaycana hər zaman onların yanında və neokolonializmlə mübarizəyə dəstək olduğuna görə minnətdarlığını ifadə etmək üçün aksiya iştirakçıları Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.

Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…