Yəmən ordusu son 24 saat ərzində husilərin hərbi gücləndirmə və imkanlarına qarşı 414 dəqiq hədəf əməliyyatı keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Yəmən Ordusunun sözçüsü Macid ən-Nüzeyli açıqlayıb.
O bildirib ki, hökumət qüvvələri müxtəlif cəbhələrdə əməliyyatlar zamanı müasir və fərqli vasitələrdən istifadə edib.
Ən-Nüzeylin sözlərinə görə, əməliyyatlar nəticəsində husilərə məxsus çoxsaylı canlı qüvvə və texnika zərərsizləşdirilib.
Husilərdən açıqlama verilməyib
Husilər Yəmən ordusunun açıqlaması ilə bağlı hələlik münasibət bildirməyib.
Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətini dəstəkləyir.
Təz, Məarib, Əl-Cövf, Əl-Beyda və Ləheç cəbhələrində 2022-ci ilin aprelində əldə olunan atəşkəsdən sonra yaranmış nisbi sakitliyin ardınca 2026-cı ilin iyul ayının əvvəlindən ən genişmiqyaslı toqquşmaların baş verdiyi bildirilir.
Sentyabr ayı ərzində döyüşlərin intensivliyi artıb. Husilərin Hudeydə və Təz vilayətlərində, o cümlədən strateji Əl-Muxa şəhəri və Babül-Məndəb boğazındakı Məyyun adası da daxil olmaqla, bir sıra mühüm məntəqələrə nəzarəti ələ keçirdiyi qeyd olunur.