Yayda Sankt-Peterburqdan Azərbaycana 3 aviaşirkət uçuşlar həyata keçirəcək

Yayda Sankt-Peterburqdan Azərbaycana 3 aviaşirkət uçuşlar həyata keçirəcək
18.03.2023 12:06
Aa
dəq

Bu ilin yay aylarından Rusiyanın Sankt-Peterburq şəhərindən Azərbaycanın Bakı və Gəncə şəhərlərinə aviareyslər artıq 3 şirkət - “Azərbaycan Hava Yolları” QSC, "Rossiya" və "Utair" tərəfindən həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuata istinadən xəbər verir ki, bu barədə "Pulkovo" hava limanı məlumat yayıb. Uçuşlar hər iki istiqamətində həyata keçiriləcək. Bununla da aviareyslərin sayı həftədə 12-ə çatacaq.

AZAL və “Rossiya” aviaşirkəti birbaşa uçuşlara martdan start verir. Belə ki, martın 19-dan “Azərbaycan Hava Yolları” Sankt-Peterburqdan Gəncəyə həftədə bir dəfə, bazar günləri, aviareyslər həyata keçirəcək. Sankt-Peterburqdan Bakıya isə uçuşları “Rossiya” aviaşirkəti həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri həyata keçirəcək.

Həftənin ən çox oxunanları