Əsas məzmuna keç

Əbu-Dabidən Bakıya hərəkət edən aviareys geri qayıdır

Əbu-Dabidən Bakıya hərəkət edən aviareys geri qayıdır

Air Arabia-nın ADY 730 təyyarəsi Yaxın Şərqdəki gərginlik və İsrail-İran qarşıdurması səbəbindən marşrutunu dəyişdi. Hava məkanının bağlanma səbəbi açıqlandı.

en ru

"Air Abu Dhabi" aviaşirkətinə məxsus Əbu-Dabi– marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Beynəlxalq Hava Limanından məlumat verilib.

Bildirilib ki, qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır. Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.

Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. Yaxın Şərqdə baş verən hadisələr səbəbindən təhlükəsizlik məqsədilə bu bölgəyə daxil olan bəzi ölkələr hava məkanlarını bağlayıb. Məlumatlarda qeyd olunub ki, İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…