Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq

2 dəq
Paylaş:
Yaxın vaxtlarda Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq

Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar hökumətin keçirilən iclasında qəbul edilib.

Xərclər təxmini də edilib. O cümlədən, baş konsulun maaşının Tehrandakı səfirin maaşının təxminən 5/6-sı olmaqla 2 min 565 dollar olması təsdiq edilib.

İran sərhədinə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı İran tərəfi ilə Baş Konsulluğun açılması barədə əldə olunub. 21 oktyabr 2022-ci ildə Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər.

Eyni zamanda onlar Ermənistanın Təbrizdə Baş Konsulluğunun açıldığını elan ediblər. 2023-cü ilin dekabr ayının sonunda Mirzoyanla keçirdiyi birgə konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax