Əsas məzmuna keç

Paşinyandan Rusiyaya sərt ittiham: Öhdəliklərini yerinə yetirmədi

Paşinyandan Rusiyaya sərt ittiham: Öhdəliklərini yerinə yetirmədi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin 2026-2031-ci illər proqramında Rusiyanın strateji tərəfdaş kimi göstərilməməsinin səbəblərini izah edib.

en ru

Ermənistanın Nikol İrəvanda keçirilən mətbuat konfransında Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təhlükəsizlik sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan hökumətinin 2026-2031-ci illər üzrə proqramında Rusiyanın strateji tərəfdaş kimi qeyd olunmamasına da münasibət bildirib. O, 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri xatırladaraq, həmin dövrdən sonra Moskva ilə strateji tərəfdaşlıqdan danışmağın çətin olduğunu vurğulayıb.

qeyd edib ki, və KTMT Ermənistanın təhlükəsizliklə bağlı gözləntilərini qarşılamayıb. Paşinyan “İndi proqrama strateji tərəfdaşlıq yazsaq, siz də soruşacaqsınız ki, bəs niyə Rusiya və KTMT həmin dövrdə öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmədilər?” deyə bildirib.

Ermənistan hökumətinin yeni proqramında Rusiya ilə münasibətlərin “bölgədə sülhün bərqərar olunması üçün yeni şərtlər çərçivəsində” yenidən formalaşdırılacağı qeyd olunur. Sənədə əsasən, iki ölkə arasında qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq üzrə dialoq davam etdiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…