Operativ Məlumat Mərkəzi

Yaxın Şərqdə atəşkəs danışıqları başlayıb

1 dəq
Paylaş:
Yaxın Şərqdə atəşkəs danışıqları başlayıb
bu barədə Misir Rəyasət Heyəti məlumat yayıb. Görüşdə əsasən Qəzzada atəşkəsə nail olmaq səyləri müzakirə edilib. Misirin yerli mətbuatının bildirdiyinə...

Misir prezidenti Əbdülfəttah əs-Sisi və Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Qahirədə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misir Rəyasət Heyəti məlumat yayıb.

Görüşdə əsasən Qəzzada atəşkəsə nail olmaq səyləri müzakirə edilib.

Misirin yerli mətbuatının bildirdiyinə görə, danışıqlar prosesində vasitəçilik missiyasının davamı kimi Misirin təhlükəsizlik heyəti sabah Dohaya gedəcək.

Qeyd edək ki, Misir və Qətər döyüşlərə son qoymağa və fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsi prosesini sürətləndirmək üçün, İsrail və HƏMAS arasında doqquz aydır davam edən müharibədə vasitəçilik səylərinə rəhbərlik edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər