İsrail ordusunun ötən gün Qəzzada yardım növbəsində gözləyən fələstinlilərə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 112 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 760 nəfərin isə yaralandığı açıqlanıb.
Son sutkada daha 4 uşağın isə aclıq və susuzluqdan öldüyü bildirilib.
Yardım konvoyuna edilən hücuma münasibət bildirən İsrail tərəfi, hadisə zamanı mülkilərin hədəfə alınmadığını və tankların sadəcə olaraq, xəbərdarlıq atəşi açdığını bəyan edib.
Zərərçəkənlər isə hücumun hədəfində məhz günahsız insanların olduqunu bildiriblər.
Bir sıra dünya ölkələri və beynəlxalq təşkilatlar sözügedən hadisəyə görə İsrail tərəfini günahlandırıb.
BMT baş katibi Antonio Quterreş qırğının araşdırılmasını tələb edib.
Sülh danışıqlarına vasitəçilik edən Misir və Qətər, o cümlədən İspaniya, Portuqaliya və Səudiyyə Ərəbistanı kimi ölkələr hadisəni qınayan ölkələr sırasında yer alıb.