Əsas məzmuna keç

Yararsız hala düşən xəstəxana ilə bağlı rəsmi AÇIQLAMA

Yararsız hala düşən xəstəxana ilə bağlı rəsmi AÇIQLAMA

TƏBİB-dən bildirilib tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib.  “Əvvəllər Şəmkir Rayon Ağciyər Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb...

Sosial şəbəkədə Şəmkirdə yararsız düşən müəssisəsinin fotoları yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TƏBİB-dən bildirilib tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib.

“Əvvəllər Şəmkir Rayon Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb müəssisəsi hazırda yararsız halda olduğu üçün 2021-ci ildən tibbi xidmət dayandırılıb, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Ftiziatrik kabinet olaraq yalnız kiçik bir hissədə ambulator tibbi xidmətin göstərilməsi mümkündür.

Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.

TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yeni yaradılacaq mərkəzdə vərəm və ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası, müəssisələrin strukturunun optimallaşdırılması həyata keçiriləcək", - qurumdan bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…