Vyetnamda baş verən “Yaqi” qasırğası nəticəsində ölənlərin sayı 130-a çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin "VnExpress" xəbər portalı məlumat yayıb.
Daha 750 nəfərin xəsarət aldığı, 50-dən çox insanın itkin düşdüyü bildirilir.
Yerli meteoroloqlar vurğulayıblar ki, bu, son on ildə regionda baş verən ən güclü qasırğadır.
Qasırğa Vyetnamın Hayfonq və Kuanq Nin əyalətlərini vurub. Orada küləyin sürəti 149 km/saata çatıb. Bir neçə rayonda elektrik enerjisi kəsilib. Sakinlər daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilib.
Bundan əvvəl “Yaqi” qasırğası Çinin cənubunda dağıntılar törədib
Çinin cənubunda 1,2 milyondan çox sakin “Yagi” qasırğasından müxtəlif dərəcədə zərər çəkib.
“Yagi” qasırğası Çin və Vietnamdan əvvəl Filippindən keçib və burada 13 nəfərin ölümünə səbəb olub.