Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yay mövsümünü yaşadığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə kimi yüksəlib.
"2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksək olub. Yaponiyada orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir", - deyə məlumatda qeyd olunub.