Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiyada güclü zəlzələ baş verdi

1 dəq
Paylaş:
Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın mərkəzi hissəsində 5,5 bal gücündə zəlzələ alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi (JMA) məlumat yayıb.

Məlumata görə, təkanlardan dərhal sonra təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, bir neçə dəqiqə sonra bu xəbərdarlıq ləğv olunub.

TASS-ın yaydığı xəbərə əsasən, zəlzələnin təsirləri paytaxt Tokioda da edilib. Şəhərdə bəzi binalarda qab-qacaq yerə düşüb, mebellər isə yellənib.

Hazırda dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, iyunun 12-də Yaponiya hökuməti bölgəsində baş verə biləcək güclü zəlzələlərə hazırlıq məqsədilə ölkənin əsas 10 illik fövqəladə vəziyyət planına yenidən baxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax