Operativ Məlumat Mərkəzi

Yaponiyada baş verən zəlzələ nəticəsində dəyən ziyan məlum olub

1 dəq
Paylaş:
Yaponiyada baş verən zəlzələ nəticəsində dəyən ziyan məlum olub
bu barədə RİA Novosti məlumat yayıb. Hasenin sözlərinə görə, söküntü nəticəsində yaranan zibilin miqdarı 2,4 milyon tona çatıb. Onu təmizləmək iki il...

İşikava prefekturasının qubernatoru Hiroşi Hase mətbuat konfransında bildirib ki, yanvarın 1-də Yaponiyanın Noto bölgəsində baş verən zəlzələ nəticəsində 50 min ev dağılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hasenin sözlərinə görə, söküntü nəticəsində yaranan zibilin miqdarı 2,4 milyon tona çatıb. Onu təmizləmək iki il çəkəcək. İşikava prefekturası yeddi il ərzində təxminən bu qədər zibil istehsal edir, lakin fəlakətin yaratdığı zibilin miqdarı şəhərdən şəhərə dəyişir. Belə ki, Suzu şəhərində zəlzələ nəticəsində yaranan zibil 132 ilin həcminə bərabərdir.

Zəlzələlər nəticəsində yaranan tullantıların utilizasiyası çox ciddi problemdir. “Bizə bunun necə və hansı müddətdə həyata keçiriləcəyi ilə bağlı plan lazımdır",-deyə Hiroşi bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər