Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yerli vaxtla saat 06.01-də 50 kilometr dərinlikdə baş verdiyi bildirilən zəlzələdən sonra bölgədə "nəhəng dalğa" xəbərdarlığı edilməyib.
Zəlzələnin yaxınlıqdakı İvate və Hokkaydo bölgələrində də hiss olunduğu qeyd olunub.