Yaponiya Müdafiə Nazirliyi Yerin orbitində KXDR-in peyki ola biləcək obyekt aşkar edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Minoru Kihara bildirib.
“Yerin orbitində bir cismin hərəkət etdiyini təsdiqləyirik”-deyə, o bildirib.
Bununla yanaşı, Kihara Şimali Koreya peykinin buraxılmasının uğurlu sayıla biləcəyini qiymətləndirməkdən yayınıb.
Qeyd edək ki, Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) Pxenyanın uğurlu həyata keçdiyini bildirdiyi “Malligön-1” kəşfiyyat peykinin buraxılışının şəkillərini dərc edib.
KMTA-nın məlumatına əsasən, raket noyabrın 21-də saat 22:42-də (Bakı vaxtı ilə 17:42-də) Soxe kosmodromundan buraxılıb, uçuş 705 saniyə çəkib. Daşıyıcı raket verilmiş uçuş trayektoriyasına uyğun hərəkət edib. Beləliklə, “Malligön-1” peyki uğurlu orbitə çıxarılıb.