Operativ Məlumat Mərkəzi

Yaponiya Ukrayna hərbi kəşfiyyatını peyk geoməlumatları ilə təmin edəcək

2 dəq
Paylaş:
Yaponiya Ukrayna hərbi kəşfiyyatını peyk geoməlumatları ilə təmin edəcək
{"az":"bu barədə Ukraynanın açıq mənbələrdən alınan məlumatlar əsasında hərbi əməliyyatların interaktiv xəritəsini dərc edən \"DeepState\" adlı analitik OSINT...","en":"","ru":""}

Yaponiya ilk dəfə olaraq Ukrayna hərbi kəşfiyyatını peyk geoməkan məlumatları, xüsusən də SAR peyklərindən alınan radar görüntüləri ilə təmin edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın açıq mənbələrdən alınan məlumatlar əsasında hərbi əməliyyatların interaktiv xəritəsini dərc edən "DeepState" adlı analitik OSINT layihəsi məlumat verib.

"Yaponiya Ukrayna hərbi kəşfiyyatını peyk geoməkan məlumatları, o cümlədən SAR peyklərindən alınan radar şəkilləri ilə təmin etməyə razılaşıb. Bu, Yaponiya tərəfindən bu səviyyəli əməkdaşlıqda ilk addımdır. Məlumatlar Yaponiyanın iQPS institutu (Kyushu Universitetinin Kosmosun Q-shu Pionerləri İnstitutu) tərəfindən təmin edilib", - "DeepState" kanalında dərc edilən mesajda deyilir.

Yapon İnstitutu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) ilə iQPS sistemlərinin Ukrayna kəşfiyyat platformalarına inteqrasiyası haqqında müqavilə imzalayıb. Bildirilir ki, Ukrayna tərəfi SAR məlumatlarını – sintetik diafragma radar texnologiyasından istifadə etməklə yaradılmış şəkilləri alacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər