Yeraltı təkanlar Yaponiyanın Honsyu adasının sahillərində qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında məlumat verilib.
Zəlzələnin maqnitudası 5,1 olub.
Təbii fəlakətin episentrinin təxminən 239 min əhalisi olan Hacinohe şəhərindən 190 kilometr aralıda olduğu da bildirilib. Bundan əlavə, mərkəzin məlumatına görə, yeraltı təkanların mənbəyi 10 kilometr dərinlikdə yerləşib.