Əsas məzmuna keç

Yaponiya Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir

Yaponiya Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir

Yaponiya hakim partiyasının deputatı Şodzi Nişida ABŞ-ın qlobal hegemonluğunun zəiflədiyini əsas gətirərək, Moskva ilə əlaqələrin bərpasının vacibliyini vurğulayıb.

ru en

hakimiyyəti ilə münasibətləri mərhələli şəkildə normallaşdırmağı hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Liberal-Demokrat Partiyası"nın deputatı məlumat verib.

Buna səbəb kimi isə ABŞ-nn artıq təkbaşına idarə etmək gücündə olmaması göstərilir.

Nişida qeyd edib ki, mövcud reallıqları soyuqqanlılıqla qiymətləndirmək lazımdır:

"Amerika artıq bütün dünyanı nəzarətdə saxlamaq iqtidarında deyil. Bu reallığı dərk edərək, dərhal olmasa belə, Rusiya və Yaponiya arasında dostluq münasibətlərinin və qarşılıqlı dəstəyin genişləndirilməsi istiqamətində addımlar atmalıyıq".

Deputatın sözlərinə görə, rəsmi Tokio Rusiya ilə düşmənçilik siyasətindən imtina etməlidir. O, Rusiyanın coğrafi baxımdan Yaponiya üçün ən yaxın ölkələrdən biri olduğunu xatırladıb.

Xatırladaq ki, bundan əvvəl Yaponiyanın Rusiya enerji daşıyıcılarının idxalı ilə bağlı ABŞ-dən güzəştlərin müddətinin uzadılması barədə razılığa gəldiyi məlum olmuşdu. Bu addım rəsmi Tokionun öz enerji təhlükəsizliyini qorumaq üçün Moskva ilə iqtisadi əlaqələri qoruyub saxlamaqda maraqlı olduğunu göstərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…