Əsas məzmuna keç

Yanvarın 29-da Azərbaycanda arabir yağıntılı hava gözlənilir

Yanvarın 29-da Azərbaycanda arabir yağıntılı hava gözlənilir

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensivləşməsi ehtimalı var,...

en ru

Azərbaycanda yanvarın 29-u hava şəraitinin dəyişkən olacağı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensivləşməsi ehtimalı var, gündüz isə kəsiləcək. Cənub-şərq küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2–5°, gündüz 6–10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu səviyyəsindədir, nisbi rütubət 80–85 % təşkil edəcək.

Rayonlarda isə bəzi yerlərdə arabir yağıntılı, ərazilərdə qar yağışı ilə müşayiət olunacaq. Yağıntının bəzi yerlərdə qısamüddətli intensivləşməsi mümkündür, gündüz isə yağışlar tədricən kəsiləcək. Bəzi ərazilərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0–5° isti, gündüz 6–11° isti, dağlarda gecə 3–8° , gündüz 0–3° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Hava proqnozu

11° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 14° 11° yağış 80%
  2. Sabah Arabir yağış 17° 13° yağış 74%
  3. Birisi gün Arabir yağış 15° 10° yağış 85%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…