Operativ Məlumat Mərkəzi

Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
Azərbaycanda avqustun 20-si saat 9:00-a olan məlumata əsasən hava əsasən yağmursuz keçib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Azərbaycanda avqustun 20-si saat 9:00-a olan məlumata əsasən hava əsasən yağmursuz keçib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan MR-da 38 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər