Yağıntılı hava şəraiti yanvarın 15-dək davam edəcək

Yağıntılı hava şəraiti yanvarın 15-dək davam edəcək
13.01.2024 09:29
Aa
dəq

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

Həftənin ən çox oxunanları

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
DAVAMIN OXU davamın oxu

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu