Əsas məzmuna keç

Xocalıya növbəti köç: 9 ailə doğma yurduna qayıdıb

Xocalıya növbəti köç: 9 ailə doğma yurduna qayıdıb

Mayın 26-da Xocalı rayonuna həyata keçirilən köç prosesi çərçivəsində 29 nəfər daimi yaşayış yerlərinə yerləşdirilib.

en ru

Xocalı rayonuna növbəti köç prosesi baş tutub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mayın 26-da rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə köçürülüb. Sakinlərə yeni mənzillərinin açarları təqdim edilib.

Köçürülmə prosesi aşağıdakı kəndləri əhatə edib:

  • kəndi: 2 ailə (9 nəfər)
  • Badara kəndi: 2 ailə (4 nəfər)
  • Ballıca kəndi: 1 ailə (1 nəfər)
  • Təzəbinə kəndi: 1 ailə (3 nəfər)
  • Xanyurdu kəndi: 3 ailə (12 nəfər)

Sakinlər tam bərpa olunmuş və müasir infrastrukturla təchiz edilmiş evlərdə məskunlaşıblar. Doğma yurdlarına qayıdan ailələr dövlət tərəfindən yaradılan şəraitə görə razılıqlarını bildirərək, geri dönməyin sevincini yaşadıqlarını qeyd ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…