Əsas məzmuna keç

XİN Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarına müraciət etdi

XİN Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarına müraciət etdi

Ayxan Hacızadə hərbi gərginliklə bağlı xəbərdarlıq etdi. İrandan təxliyyə və sərhəddəki son vəziyyət açıqlandı. Təhlükəsizlik üçün bu vacib qaydalara əməl edin.

en ru

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur. Eyni zamanda, kütləvi toplaşma yerlərindən uzaq durmaq və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan vətəndaşlarının ölkədən çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və quru sərhədindən istifadə olunur.

İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur", - A.Hacızadə əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…