Əsas məzmuna keç

XİN: Aİ-nin Ermənistandakı missiyası “binokl diplomatiyası”nın agentinə çevrilib

XİN: Aİ-nin Ermənistandakı missiyası “binokl diplomatiyası”nın agentinə çevrilib

bu barədə Azərbaycan XİN məlumat yayıb. "İstisnasız olaraq bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız...

Avropa İttifaqının Ermənistandakı Missiyası etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

"İstisnasız olaraq bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunur.

"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurur",-məlumatda bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…