Əsas məzmuna keç

Xətai rayonunda 42 yaşlı kişidən 25 min manat tələb edən dəstə saxlanılıb

Xətai rayonunda 42 yaşlı kişidən 25 min manat tələb edən dəstə saxlanılıb

Neapol küçəsində hədə-qorxu gələn Aqşin Əsgərov, Səxavət Məmmədov və bir qadın DİN tərəfindən tutuldu. Cinayətkar qrupun şok əməli kameraya düşdü. Təfərrüatlar:

en ru

Bakının rayonunda bir nəfəri hədə-qorxu ilə pul verməyə məcbur edən şəxslər polis tərəfindən saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyi məlumat verilib.
Məlumata görə, 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində iki nəfərin ona qarşı zorakılıq hərəkətləri törətdiyini və sağlamlığına xəsarət yetirdiyini bildirib. Zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparıldığını, orada isə ondan 25 pul tələb edildiyini qeyd edib.
Şikayətçinin sözlərinə görə, pulu vermədiyi təqdirdə həyat və sağlamlığına təhlükə yaradacaqları ilə hədələnib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin , 36 yaşlı Səxavət Məmmədov və cinayət dəstəsinin 24 yaşlı qadın üzvü saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkən şəxs qadın üzvünün tanışı olub və digər şəxslər onun təklifi əsasında cinayət əməlini həyata keçiriblər. Hadisənin baş verdiyi anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı Xətai RPİ-də başlanılıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…