Rusiya NATO qoşunlarının Şərqi Avropada fəaliyyətinin məqsədini açıqlayıb

Rusiya NATO qoşunlarının Şərqi Avropada fəaliyyətinin məqsədini açıqlayıb
28.03.2024 09:15
Aa
dəq

NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə mümkün münaqişəyə hazırlamaq məqsədi daşıyır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Rumıniya hakimiyyəti bundan əvvəl Konstansa vilayətindəki Mixail Koqalniçeanu aviabazasının təkmilləşdirilməsi üçün 2,5 milyard avro sərmayə qoymağa hazır olduqlarını bildirmişdi. Bazada 10 min hərbçinin və onların ailə üzvlərinin qala biləcəyi şəhərcik yaradılacaq. Amerika qoşunları bu bazadan 1999-cu ildən istifadə edir.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rumıniya aviabazasının genişləndirilməsi NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda aktiv militarizasiyasını davam etdirdiyinə daha bir sübutdur.

Rusiya nazirliyinin məlumatına görə, müttəfiq potensialı Polşa və Baltikyanı ölkələrdə də güclənir.

Xarici İşlər Nazirliyi NATO qoşunlarının bu cür fəaliyyətinin təxribat xarakterli olduğunu, Rusiya sərhədləri yaxınlığında hərbi gərginliyi gücləndirdiyini və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaratdığını vurğulayıb.

Həftənin ən çox oxunanları

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək
DAVAMIN OXU davamın oxu

Zelenski İtaliyanın Baş naziri ilə görüşüb

Zelenski İtaliyanın Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir
DAVAMIN OXU davamın oxu

Çində "Yagi" tayfunu azı 2 nəfərin həyatına son qoyub - VİDEO

Çində
DAVAMIN OXU davamın oxu

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
DAVAMIN OXU davamın oxu