Əsas məzmuna keç

Rusiya NATO qoşunlarının Şərqi Avropada fəaliyyətinin məqsədini açıqlayıb

Rusiya NATO qoşunlarının Şərqi Avropada fəaliyyətinin məqsədini açıqlayıb

bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Rumıniya hakimiyyəti bundan əvvəl Konstansa vilayətindəki Mixail...

NATO-nun Avropa və Qara regionunda fəaliyyəti müttəfiqləri ilə mümkün münaqişəyə hazırlamaq məqsədi daşıyır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Rumıniya hakimiyyəti bundan əvvəl Konstansa vilayətindəki Mixail Koqalniçeanu aviabazasının təkmilləşdirilməsi üçün 2,5 milyard avro sərmayə qoymağa hazır olduqlarını bildirmişdi. Bazada 10 min hərbçinin və onların ailə üzvlərinin qala biləcəyi şəhərcik yaradılacaq. Amerika qoşunları bu bazadan 1999-cu ildən istifadə edir.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rumıniya aviabazasının genişləndirilməsi NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda aktiv militarizasiyasını davam etdirdiyinə daha bir sübutdur.

Rusiya nazirliyinin məlumatına görə, müttəfiq potensialı Polşa və Baltikyanı ölkələrdə də güclənir.

Xarici İşlər Nazirliyi qoşunlarının bu cür fəaliyyətinin təxribat xarakterli olduğunu, Rusiya sərhədləri yaxınlığında gərginliyi gücləndirdiyini və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaratdığını vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…