Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Mileinin prezident Petro haqqında "qəbuledilməz" ifadələr işlətdiyi və bütün Argentinalı diplomatların deportasiya ediləcəyi açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Prezident Petronun Kolumbiya xalqının “azad iradəsi” nəticəsində demokratik şəkildə seçildiyini xatırladan bəyanatda “Argentina prezidentinin açıqlamaları təkcə millətimizin etibarına xələl gətirmədi, həm də demokratik yolla seçilmiş dövlətlərin şərəfinə xələl gətirdi",- deyə bəyanata daxil edilib.
Qeyd edək ki, Milei CNN-ə verdiyi müsahibədə Petro haqqında "Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz", - deyib.