Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus aşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, avtobusda ümumilikdə 55 nəfər olub.
Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlum səbəbdən aşıb.
Magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar, habelə təcili tibbi yardım helikopteri göndərilib.
Almaniya mətbuatı qəzada 4 nəfərin öldüyünü yazıb.
Polis 20-dən çox insanın yaralandığını açıqlayıb.