Xanlar Vəliyev: "Qeydə alınmış cinayətlərin 99,8 faizi açılıb"

Xanlar Vəliyev: "Qeydə alınmış cinayətlərin 99,8 faizi açılıb"
18.01.2024 15:09
Aa
dəq

İşçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Hərbi Prokurorluğunda geniş kollegiya iclası zamanı Hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.

“2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub", - o qeyd edib.

Həftənin ən çox oxunanları

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
DAVAMIN OXU davamın oxu

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər
DAVAMIN OXU davamın oxu

Polkovnik Samir Həziyev həbs edilib

Polkovnik Samir Həziyev həbs edilib
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
DAVAMIN OXU davamın oxu