Əsas məzmuna keç

Xankəndidə bayram konserti və atəşfəşanlıq olub

Xankəndidə bayram konserti və atəşfəşanlıq olub

Noyabrın 8-də Xankəndi şəhər stadionunda Günü münasibətilə bayram konserti və təşkil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx olunub.

Qələbə sevincini bölüşmək üçün stadiona toplaşan dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər.

Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq coşqu ilə qarşılanıb.

AZƏRTAC

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…