Operativ Məlumat Mərkəzi

Xankəndidə 13 avtomat, 4 tapança, 27 qumbara aşkarlanıb

1 dəq
Paylaş:
Xankəndidə 13 avtomat, 4 tapança, 27 qumbara aşkarlanıb
Yanvarın 11-də Xankəndi şəhərində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara aşkarlanıb. Bu barədə "Operativ Məlumat...

Yanvarın 11-də Xankəndi şəhərində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər