Əsas məzmuna keç

Xabarovskda 4,1 maqnitudalı zəlzələ olub

Xabarovskda 4,1 maqnitudalı zəlzələ olub

Rusiyanın diyarının Vanino qəsəbəsi yaxınlığındakı akvatoriyasında 4,1 maqnitudalı zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.

"Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına görə, aprelin 2-də saat 15:48-də Tatar boğazı akvatoriyasında, Xabarovsk diyarının Vanino qəsəbəsindən 24 km şimal-şərqdə və Saxalin vilayətinin Uqleqorsk şəhərindən 117 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, onun maqnitudası 4,1 təşkil edib", - məlumatda bildirilib.

Bu seysmik hadisə Vanino və Sovetskaya Qavan rayonlarının ərazisində hiss edilməyib, əhalidən vahid növbətçi-dispetçer xidmətinə zənglər daxil olmayıb. Yanacaq-energetika kompleksi və mənzil-kommunal təsərrüfatı obyektləri rejimində fəaliyyət göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…