Əsas məzmuna keç

WUF13 xüsusi zolaqları sabahdan tətbiq olunur

WUF13 xüsusi zolaqları sabahdan tətbiq olunur

AYNA Heydər Əliyev prospekti və digər yollarda Ümumdünya Şəhərsalma Forumu üçün məhdudiyyət tətbiq edir. Mayın 15-dən qaydanı pozanları hansı cərimə gözləyir?

en ru

Sabahdan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası () ilə bağlı bir sıra küçə və prospektində təşkil edilmiş müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…