Əsas məzmuna keç

WUF13: Münaqişə zonalarında şəhərsalma və iqlim müzakirəsi

WUF13: Münaqişə zonalarında şəhərsalma və iqlim müzakirəsi

Qahirədə BMT-nin forumunda post-münaqişə ərazilərinin yenidən qurulması və ekoloji bərpa yolları araşdırılır. Dayanıqlı inkişaf üçün hansı mühüm qərarlar verildi?

en ru

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası () çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan fəaliyyəti” mövzusunda tədbir keçirilir

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), İqlim və Fəaliyyəti Mərkəzi (Baku Hub) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak edir.

Sessiyalar zamanı iqlim dəyişiklikləri, post-münaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…