Əsas məzmuna keç

WUF13 Bakı forumunda tam 121 fərqli pavilyon qurulacaq

WUF13 Bakı forumunda tam 121 fərqli pavilyon qurulacaq

Paytaxtdakı Ümumdünya Şəhərsalma Forumuna hazırlıqlar sürətlənib. Qlobal tədbirdə nümayiş olunacaq sərgi sahələrinin detalları və maraqlı məqamlar xəbərimizdədir.

en ru

Bakıda ilə bağlı "Urban Expo zonası" 3,5 hektar sahəni əhatə edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sahələri yerləşir.

Ümumilikdə, 121 , o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…