Çinin Szyansu əyalətində yerləşən kəndlərin birində bazar günü günorta saatlarında ağır nəticələrə səbəb olan partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Donghai" nəşrinə istinadən xəbər verir ki, hadisəyə bir sakinin mağazanın yaxınlığında atəşfəşanlıq vasitələrini qaydalara zidd şəkildə alovlandırması səbəb olub.
Qeyd edək ki, Çində "Ay Yeni İli" (Bahar Festivalı) ərəfəsində atəşfəşanlıq etmək köklü bir ənənədir.
Lakin son illərdə bir çox bölgədə hava kirliliyi ilə mübarizə çərçivəsində bu vasitələrdən istifadəyə qadağalar tətbiq edilmişdi.
Cari ildə bəzi yerli hökumətlərin bu qadağaları yumşaltması ilə ənənənin yenidən geniş vüsət alacağı gözlənilirdi.
Baş verən faciədən sonra Çinin Fövqəladə Halların İdarə Olunması Nazirliyi bütün regionlara təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı təlimat göndərib.
Xatırladaq ki, çərşənbə axşamı qeyd olunacaq builki festival Çin astrologiyasına görə "Atəş Atı" ilinin başlanğıcını simvolizə edir.