İranın Seuldakı səfirliyi Hörmüz boğazında Cənubi Koreyaya məxsus gəmidə baş verən ziyanla bağlı açıqlama yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfirlik İran silahlı qüvvələrinin hadisədə hər hansı iştirakını qəti şəkildə təkzib edib.
Açıqlamada qeyd olunub ki, hadisə ilə bağlı irəli sürülən bütün iddialar “qəti şəkildə rədd edilir”.
Bununla yanaşı, səfirlik bildirib ki, “hərbi və təhlükəsizlik gərginliyinin mövcud olduğu şəraitdə əməliyyat qaydalarına əməl olunmaması gözlənilməz hadisələrə səbəb ola bilər”.
Qeyd edək ki, hadisə bazar ertəsi günü Cənubi Koreyanın HMM şirkətinə məxsus, Panama bayrağı altında üzən gəmidə baş verib. Gəmidə partlayış və daha sonra yanğın qeydə alınıb.